Elektrik qazanı, qazla işləyən qazan kimi istilik təchizatı üçün nəzərdə tutulub. Tənzimləmə sistemi həmçinin, çox oxşardır. Hətta, istilik sisteminin qazanlarının idarə edilməsi üçün eyni tənzimləyicilərdən istifadə olunur. Elektrik qazanından mənzillərdə, kiçik fərdi evlərdə, istirahət obyektlərində istiliklə təchiz etmə üçün, universal istilik mənbəyi kimi və ya qatı yanacaq və ya qaz qazanlarına əlavə mənbə kimi istifadə etmək olar.
İlin soyuq fəsilində, obyektin tələb edilən rahatlıq səviyyəsinə qədər qızdırılması üçün, ilkin mənbənin kifayət olmaması və ya mərkəzi istilik sisteminin söndürülməsi zamanı, elektrik qazan işə salınır. Elektrik qazanın danılmaz üstünlüyü, onun quraşdırılmasına çox az xərclərdir - qazın qoşulmasına və ya bacanın inşasına görə vəsait ödəmək lazım deyil.