THERM EL elektrik qazanlarının standart modellərinə müxtəlif istilik gücüylə 6 model daxildir. 7,5 kVt-dan 45,0 kVt-a qədər nominal istilik gücü sayəsində bu qazanlar istirahət obyektlərində, həyət evlərində, həmçinin, sənaye obyektlərində istilik mənbəyinə çevrilirlər. Konstruksiya və istifadə olunan texnologiya bu modellərdən olan elektrik qazanlarını, Kaskad tipli ümumi qazanxana sisteminə qoşmağa və bununla da obyektin böyük istilik itkilərini ödəməyə imkan verir. İntellektual kaskad tipli qazanxananın tərkibinə 32 ədədə qədər qazan daxil ola bilər.
Elektrik qazanların digər modelləri kimi, həmçinin bu modellər 2,5 kVt kiçik addımla qazanın çox sadə idarə olunmasını və gücün qeyri-pilləli tənzimlənməsini təklif edir (30 kVt-dan çox istilik gücüylə qazanlarda 5 kVt.). Üç yollu ventilin quraşdırılmasından sonra, xarici rezervuarda həmçinin isti su təchizatı imkanı, SMS mesajların köməyi ilə məsafədən idarə etmə, içəridə və ya bayırdan temperatur üzrə tənzimlənmə (ekviterm tənzimlənmə) imkanı və s. təklif olunur.