Quraşdırılmış rezervuar ilə THERM uyğunlaşdırılmış kondensasiya qazanları istilik təchizatı sisteminin qızdırılmasını təmin edir və əlavə olaraq isti su mənbəyi kimi fəaliyyət göstərirlər ki, burada isti su hazırlığı qaz tipli kondensasiya qazanının üzlüyünün altında quraşdırılmış kiçik rezervuarda gedir. Quraşdırılmış rezervuar ilə qazanlar Sizin evinizə istilik və isti su təchizatının kompakt həllini təklif edir. Gücünə görə biz 55 və ya 100 litr həcmli quraşdırılmış rezervuarla, üç model qazan təklif edirik.
Öz zərif dizaynı sayəsində evin, mənzilin interyerində və ya texniki otaqda quraşdırılması imkanı onun üstünlüyüdür. Bu tip qazanlar yeni tikililərdə, kiçik enerji sərfiyyatlı evlərdə və mənzillərdə istilik təchizatı sistemləri üçün münasib istilik mənbəyidir.
İsti döşəmə sistemi ilə birləşdikdə, 108 %-ə qədər maksimal effektivlik əldə edilir. Həmçinin, qüvvədə olan istilik təchizatı sistemində köhnə qaz tipli qazanın əvəz edilməsi imkanı nəzərdə tutulur.