THERM Р/В döşəməüstü qazanları SIT firmasının qaz reduktoruyla təchiz edilmişdir ki, o qazanın rahat işə salınmasını və gücünün tənzimlənməsini təmin edir. Qaz reduktorunun klapanlarının fəaliyyəti üçün lazım olan elektrik enerjisi, uzunmüddətli xidmət üçün nəzərdə tutulan termoparalarda istehsal edilir. Köməkçi odluğun alovu pezoelementdən alışır. Therm qazanlarının çuqun istilik mübadiləçilərində, istismarın ekoloji cəhətdən zərərsizliyini əsas tutaraq, istilik təchizatı suyunun enerjisindən effektiv istifadə etməyə imkan verən çuqun bölmələrin tamamilə yeni konstruksiyası tətbiq edilir.
Qazan, mövcud normalar üzrə istilik daşıyıcısı temperaturunun tənzimlənməsinin etibarlı sistemiylə və təhlükəsizlik elementləriylə təchiz edilmişdir. Qazanlar istilik təchizatı sistemi suyunun təbii dövriyyəsiylə sistemlər üçün nəzərdə tutulmuşdur.