THERM 35 P/B

Tip: stasionar
İstilik gücü: 25,0 ÷ 35,0 kVt
İST qızdırılması: xeyr

THERM 35 Р/В döşəməüstü qazanları SIT firmasının qaz reduktoruyla təchiz edilmişdir ki, o qazanın rahat işə salınmasını və gücünün tənzimlənməsini təmin edir. Qaz reduktorunun klapanlarının fəaliyyəti üçün lazım olan elektrik enerjisi, uzunmüddətli xidmət üçün nəzərdə tutulan termoparalarda istehsal edilir. Köməkçi pilot odluğunun alovu pezoelementdən alışır.

THERM qazanlarının çuqun istilik mübadiləçilərində, istismarın ekoloji cəhətdən zərərsizliyini əsas tutaraq, istilik təchizatı suyunun enerjisindən effektiv istifadə etməyə imkan verən bölmələrin tamamilə yeni konstruksiyası tətbiq edilir.

Qazan mövcud normalar üzrə, istilik daşıyıcısı temperaturunun tənzimlənməsinin etibarlı sistemiylə və təhlükəsizlik elementləriylə təchiz edilmişdir. Qazanlar, istilik təchizatı sistemi suyunun təbii dövriyyəsiylə istilik təchizatı sistemləri üçün nəzərdə tutulmuşdur.

Texniki göstəricilər Ölçü vahidi THERM 35 P/B
Maks. istilik gücü kVt 35,0
Min. istilik gücü kVt 25,0
Yanacaq - təbii qaz
Qaz sərfiyyatı - təbii qaz m3/saat. 2,93 - 4,09
İstilik mübadiləçisinin bölmələrinin sayı ədəd 5
Qazana girişdə qaz təzyiqi kPa 2
Maks. işçi təzyiq bar 3,0
Maks. işçi temperatur °C 85
Qazandan çıxışda qaz tüstülərinin temperaturu °C 137
Küy səviyyəsi db 53
Qazın qoşulması G 3/4"
İstilik təchizatı sisteminin qoşulması G 6/4"
Qazanın effektivliyi (FTƏ) % 91-ə qədər
Tüstü bacasının diametri mm 145
Qabaritlər: hündürlük / en / dərinlik mm 845 / 595 / 555
Qazanın kütləsi kg 150
Artikul (anbar №) - 1123.2