Yeni CLN və TCLN seriyalı qazanlar mənzillər, fərdi evlər və digər obyektlərin istilik və istu su təchizatı üçün nəzərdə tutulmuş, müasir ikikonturlu qaz cihazlarıdır. İsti suyun hazırlanması axar yolla bitermik istilik mübadiləçisində həyata keçirilir. Qazanın avtomatikası isti su təchizatı qızdırılmasının prioritetini təmin edir.
Qazanın gücü isidilən obyektin istilik itkilərindən və ya isti su sərfiyyatından asılı olaraq 45%-dən 100%-ə qədər nominal güc diapazonunda tənzim edilir.
Qazanın təhlükəsizlik sisteminə bunlar daxildir: standart təhlükəsizlik qrupu; quraşdırılmış dövriyyə nasosunun bloka düşməsindən müdafiə - gündə bir dəfə onun avtomatik işə düşməsi; qazanın özünün donvurmadan müdafiəsi - temperaturun son həddindən aşağı düşməsi zamanı, qazanın avtomatik işə düşməsi; qazanın həddindən çox qızmasından müdafiəsi. Yeni CLN, TCLN qazanlarında xarici temperatur ötürücüsünün siqnalı üzrə tənzimləmə imkanı – ekviterm tənzimlənmə nəzərdə tutulmuşdur.