THERM ELN elektrik qazanı mənzillərin, fərdi evlərin, bağ evlərinin və digər kiçik obyektlərin isidilməsi üçün, universal istilik mənbəyi kimi istifadə oluna bilər. Üç yollu ventil vasitəsilə isti su təchizatının qızdırılması üçün boyler qoşula bilər. Elektrik qazanın tətbiqinin üstünlüyü, kiçik investisiya xərcləridir: qazla işləyən qazanlarda olduğu kimi, qazın çəkilməsi və hava bacasının təşkili tələb olunmur.
Elektrik qazanın quraşdırılması və qoşulması sertifikatlaşdırılmış firma tərəfindən həyata keçirilməlidir. Qazanların elektrik enerjisi üzrə ikiqat tarif sistemində iş imkanı mövcuddur.
Tövsiyə olunan pərakəndə satış qiyməti: istəyə görə