"Axar qızdırılma ilə" qrupunda THERM kondensasiya qazanları öz sahiblərinə isti suyun axar hazırlanması imkanını təklif edir. Suyun qızdırılması THERM qazanının tərkibinə daxil olan lövhəli istilik mübadiləçisinin köməyi ilə həyata keçirilir. İsti suyun qızdırılmasının bu üsulunun üstünlüyü, qazanın əldə edilməsinin aşağı dəyəri və birbaşa və ya vasitəli qızdırılma ilə isti su rezervuarının əldə edilməsinə ehtiyacın olmamasıdır.
Qazanın bu tipi mənzildə, bağ evində, şəxsi evdə və ya başqa kiçik obyektdə ailə üçün daha münasibdir. İsti döşəmə sistemiylə kombinasiyada Siz bir qurğuda müasir, çox ekoloji və effektiv səmərəli istilik və isti su mənbəyi əldə edəcəksiniz.